Azərbaycan Rusiyadan ən çox buğda alan ölkələr arasında qərarlaşıb - Siyahı

15:40 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Türkiyə Rusiyadan buğda alan ölkələr arasında yenidən birinci yerdədir. Bu barədə “Rusaqrotrans” SC-nin Analitik Mərkəzinin məlumatında deyilir.

ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, mərkəzin rəhbəri İqor Pavenski bildirib ki, cari kənd təsərrüfatı ilində (iyul 2021-ci il - iyun 2022-ci il) Türkiyəyə 4,3 milyon ton buğda (bir il əvvəl 4,5 milyon ton) göndərilib.

“Bununla yanaşı, İran dekabr ayında buğda alışını bir qədər azaldıb və ikinci yerdə qərarlaşıb. Bu dövr ərzində İran Rusiyadan 4 milyon ton buğda idxal edib ki, bu da bir il əvvəllə müqayisədə 6 dəfə çoxdur”, - deyə o bildirib. Üçüncü yerdə Misir, dördüncü yerdə 840 min ton buğda almış Səudiyyə Ərəbistanı (ötən mövsüm 124 min ton), beşinci yerdə Azərbaycan (1,05 milyon tona qarşı 0,7 milyon ton) gəlir.

 

Other news