Apple virtual SİM kartlarla işləyəcək

17:15 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. "Apple" şirkəti 2023-cü ildə fiziki SIM kart slotu olmayan ilk smartfonunu buraxacaq.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər "iPhone 15"in 2023-cü ilə planlaşdırılan ilk vacib xüsusiyyətini açıqlayıblar.

Belə ki, "Apple" şirkəti smartfonlarda fiziki SIM kart slotlarından imtina etməyi planlaşdırır. İmtinadan sonra Apple eSIM yəni virtual SIM kartlarla işləyəcək.

Bu isə fiziki olaraq operatora bağlanmadan telefona bir və ya bir neçə nömrə yazmağa imkan vermiş olacaq.

 

 

Other news