“Petkim” SOCAR-dan alacağı payı təxirə saldı - Gələn ilin sonunadək

10:42 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Bir müddət əvvəl “Petkim”in SOCAR-dan pay alacağı ilə bağlı məlumatlar yayılmışdı.

ABC.AZ-ın məlumatına görə, sözügedən məsələ təxirə salınıb.

Belə ki, Türkiyənin "Petkim" şirkəti Əliağadakı STAR neft emalı zavodunun 18 faizinin alınmasını və ödənişini gələn ilin sonuna qədər təxirə salıb.

Şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına verdiyi açıqlamada, tarixin 3 yanvar 2022-ci il tarixindən 31 dekabr 20222-ci il tarixinə dəyişdirilməsinin səbəbi kimi neft-kimya sektorundakı qeyri-müəyyənliklər və şirkətin borcunu azaltmaq istəyi göstərilib. Müəllif: Elmir Murad

 

Other news