İranla danışıqların başlamasından sonra neft anidən bahalaşıb

10:48 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Vyanada İranın nüvə proqramı üzrə danışıqların səkkizinci raundu başlayandan sonra neft bazar ertəsi axşam ticarətdə kəskin bahalaşıb.

ABC.AZ xəbər verir ki, Brent markalı mart fyuçerslərinin qiyməti 3,25% artaraq 78,65 dollar/barel təşkil edərək  son bir ayın maksimumuna çatıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Vyana görüşü ərəfəsində Tehranın barışmaz mövqeyini bir daha təsdiqləyərək, Donald Tramp administrasiyasının 2018-ci ildə tətbiq etdiyi neft embarqosunun dərhal və tam ləğvini tələb edib.

 

Other news