Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

15:21 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub. Sayca VI Uşaq Paralimpiya İdman Oyunları bu il hər bir idman növü üzrə ayrı-ayrı yarışlar şəklində və karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib.

Oyunlarda Bakı, Gəncə, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasından paralimpiyaçı uşaqlar iştirak ediblər. Noyabrın 13-dən dekabrın 22-dək baş tutan VI Uşaq Paralimpiya İdman Oyunlarında ümumilikdə 5 idman növü üzrə 120-yə yaxın uşaq yarışıb.

Uşaqlar pauerliftinq, stolüstü tennis, cüdo, üzgüçülük və parataekvondo idman növləri üzrə oyunlarda iştirak ediblər. Hər idman növü üzrə yarışlar müxtəlif kateqoriyalarda keçirilib. Nəticədə 70-dən çox uşaq fərqli dərəcələr üzrə qalib elan olunub.

Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən “Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.

2021-ci ilin yayında Tokioda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Milli komandalarının tərəfdaşı kimi çıxış edən “Azercell Telekom” MMC növbəti Uşaq Paralimpiya yarışmasının iştirakçılarını və qaliblərini təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayır.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94,25 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,73 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, Beynəlxalq Biznes “STEVIE Mükafatları”nın “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.

Other news