Regionlarda nağdsız ödənişə inam niyə azdır?

15:38 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctmai Birliyi Azərbaycan Mərkəzi Bankı (AMB) və “Visa" beynəlxalq kart təşkilatı ilə birlikdə Azərbaycanda nağdsız ödənişlər üzrə bazar araşdırması aparıb.

ABC.AZ xəbər verir ki, bunun üçün 10 şəhər və rayonda kəmiyyət və keyfiyyət tədqiqat metodları əsasında fokus qrup müzakirələri və sorğular keçirilib.

Müəyyən olunub ki, regionlarda nağdsız ödənişə inam azdır. İnsanları kartın itirilməsi, vəsaitlərin oğurlanması və yaxud silinməsi, müxtəlif dələduzluq halları narahat edir. Bununla yanaşı sorğu zamanı kartdan istifadə üçün komissiyanın olmaması, kredit vəsaitlərinə çıxış imkanın verilməsi, ödənişə görə mükafatlandırıcı təkliflərin (cashback) və loyallıq proqramlarının təqdim edilməsi kimi gözləntilər qeyd edilib. Görüş zamanı araşdıma nəticələri ətraflı müzakirə edilib və bank nümayəndələrinin sualları cavablandırılıb.

 

Other news