Neft bahalaşır, Brent bir barelə $79,37 təşkil edir

09:30 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı günü artır.

Saat 9:18-də London ICE Futures birjasında baş tutan ticarətdə Brent neftinin fevral fyuçersi $0,14 (0,18%) - barel başına $79,37-ə yüksəldi. Dekabrın 29 - da baş tutan ticarətin nəticələrinə görə, Brent neftinin fevral  fyuçersi $0,29 (0,37%) artaraq barel başına $79,23 təşkil edir.

Saat 9:18-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $0,16 (0,21%) - barrel başına $76,72-a yüksəldi. Dekabrın 29 - da keçirilən hərracların nəticələrinə görə, WTI-nin fevral fyuçerslərinin qiyməti bir barelə görə $0,58 (0,76%) - $76,56 səviyyəsinə qalxıb.

 

Other news