Bu il xarici ticarət balansının profisiti artıb - Hesabat

10:05 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. 2022-ci ildə qlobal tələbin genişlənməsi və bu şəraitdə neft qiymətinin dinamikası, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.

ABC.AZ-ın məlumatına görə, qiymətləndirmələrə görə 2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4%-i səviyyəsində profisit gözlənilir.

Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd edilib ki, 2021-ci ilin 11 ayında xarici ticarət balansının profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 dəfə artaraq 9.4 mlrd. ABŞ dolları təşkil edib.

Qeyri-neft ixracı 44%, qeyri-neft idxalı isə 9% artıb.

9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında 3.9 mlrd. ABŞ dolları və ya ÜDM-in 11%-i səviyyəsində profisit yaranıb.

Müəllif: Elmir Murad

Other news