Neft Fondu dekabrda valyuta satışını artırıb - 15 faizdən çox

15:21 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Dövlət Neft Fondu valyuta satışı ilə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin dekabr ayı ərzində 989,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin noyabr ayı ərzində 853,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, dekabrda noyabr ayı ilə müqayisədə valyuta satışı 135,5 milyon dollar və ya 15,9% artıb.

 

Other news