“Toyota Motor” 30 yeni elektrikli avtomobillər istehsal edəcək

16:02 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” 2030-cu ilə qədər onlarla elektrikli avtomobil modelini təqdim etməyə hazırlaşır.

ABC.AZ-ın məlumatına görə, bunu konsernin prezidenti Akio Toeda bildirib.

O qeyd edib ki, 30 yeni modeldən söhbət gedir.

“Elektrikli avtomobil satışlarımızın 2030-cu ilə qədər 3,5 milyona çatacağını gözləyirik. Bununla yanaşı qlobal planlarını yerinə yetirmək üçün “Toyota” akkumulyator texnologiyasına sərmayəsini 4,4 milyard dollara çatdıracaq.” deyə Toeda bildirib.

Müəllif: Elmir Murad

Other news