Ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz var - Mikayıl Cabbarov

16:26 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji döv­rün ilk ilinə uyğun qaydada tərtib edilib.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir qeyd edib ki, 2022-ci ildə ÜDM-in 3,9 %, qeyri-neft məhsulları üzrə 4 % artımı proqnozlaşdırılır.

"Həm­çinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 %, qeyri-neft sənayesində 8,7 %, turizm sek­torunda 48,2 %, nəqliyyatda 4,5 %, informasiya və rabitədə 9,5 % kimi bir artım göstəricilərindən söhbət gedir".

 

Other news