Növbəti 5 ildə Azərbaycanı nələr gözləyir? - Nazirdən açıqlama

16:56 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. “Növbəti 5 ildə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəyə reinteqrasiyasında tarixi bir dövr ola­caq”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən demək olar ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqe­yini qoruyub saxlayacaq.

Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir: “Sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir. Ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin ya­radır. İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələb­lərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüd­rət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatları­na da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilat­çısı olmağa imkan yaradır”.

 

Other news