Uranın qiyməti bahalaşıb - Səbəb Qazaxıstandakı proseslərdir

10:13 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Qlobal ticarət platformalarında uranın qiyməti təxminən 8% artıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə "Bloomberg" xəbər verib.

Qeyd edilib ki, bahalaşma Qazaxıstanda davam edən etirazlar fonunda baş verib.

Belə ki, uranın 1 funtunun qiyməti 45,25 ABŞ dollarına çatıb. Bu da günlük müqayisədə 8% çoxdur.

Bununla yanaşı təbii uranın hasilatı ilə məşğul olan Qazaxıstanın "Kazatomprom" şirkətinin səhmləri London birjasında 8,8% ucuzlaşıb.

 

Other news