Türkiyədə vətəndaşlıq almağın yolları - Prosedurun siyahısı

16:13 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Əcnəbilərin Türkiyədə vətəndaşlıq alma proseduru sadələşdirilib.

ABC.AZ xəbər verir ki, dəyişikliklə bağlı Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Sənədə əsasən, Türkiyə vətəndaşlığına qəbul olmaq üçün əsas müddəa və meyarlar aşağıdakı kimi müəyyənləşdirilib:

1. Qiyməti 250 min ABŞ dollarından başlayan daşınmaz əmlakın alınması;

2. Banka 500 min dollar əmanət qoyulması;

3. 500 min dollar dəyərində qiymətli kağızların alınması;

4. 500 min dollar məbləğində dövlət istiqrazlarının alınması;

5. 500 min ABŞ dollarına investisiya fondlarının səhmlərinin alınması;

6. 50 iş yeri açmaq.

Bu müddəa və meyarlardan ən azı birinə əməl edənlərə avtomatik olaraq Türkiyə vətəndaşlığı veriləcək.

 

Other news