“Apple”in ən uğursuz məhsulları - Siyahı

17:01 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Dünyanın texnologiya nəhəngi "Apple" son 40 ildə bu və başqa məhsulları ilə istifadəçilərin həyatını dəyişib.

ABC.AZ-ın məlumatına görə, amma bu illər ərzində şirkətin bütün markaları heç də uğurlu olmayıb.

Belə ki, bu günə kimi müxtəlif məhsullar təqdim edən nəhəng şirkət, bir çox uğursuzluqla da üzləşib.

Bunlardan birincisi “Machintosh Portable”-dir. Bu “Apple”in batareyalı ilk daşına bilən kompüteri idi. 1989-cu ildə satışa çıxarılmışdı. Amma batareyasındakı səhvə görə söndürülə bilmirdi. Bu kimi problemləri ilə bu iş üçün hələ tez olduğunu göstərdi.

İkinci yerdə“Magic Mouse 2”dir ki, bu məhsul da daxili akkumlyator ilə işləyirdi. Cihaz qısa müddətdə enerji yığa bilirdi. Hətta 9 saat işləməsi üçün 2 dəqiqə enerji yığması kifayət edirdi. Pis tərəfi isə enerji yığmaq üçün lazım olan “lightning” çıxışının ”mouse”un alt hissəsində yerləşməsi idi.

Üçüncü “Macintosh” TV idi. O vaxtlar bu markanın qiyməti 2099 dollar idi. Amma şirkət istədiyi satışı əldə edə bilmədi. Cəmi 3 aydan sonra bu televizor bazardan çıxarıldı.

Müəllif: Elmir Murad

 

Other news