Dünyanın ən təhlükəsiz aviaşirkətləri - Siyahı

11:23 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. Dünyadakı ən təhlükəsiz aviaşirkətlərin reytinqi hazırlanıb.

ABC.AZ-ın məlumatına görə, ümumilikdə 385 aviaşirkət arasında aparılan sıralamaya liderliyi Yeni Zelandiyanın "Air New Zeland" şirkəti edir. İlk yerlərdə daha sonra “Etihad Airways”, və “Qatar Airways” şirkətləridir.

Adıçəkilən siyahıda digər yerləri “Singapore Airlines”, “TAP Portugal”, “SAS”, “Qantas”, “Alaska Airlines”, “EVA Air”, “Virgin Australia/Atlantic”, “Cathay Pacific Airways”, “Hawaiian Airlines”, “American Airlines”, “Lufthansa/Swiss Group”, “Finnair”, “Air France/KLM Group”, “British Airways”, “Delta Air Lines”, “United Airlines” və “Emirates” tutur.

Reytinq müəyyən edilərkən son 5 il də qəzaya uğraması, son 2 ildəki ciddi insidentlərin baş verməsi və COVID-19 təhlükəsizlik protokolları daxildir.

Müəllif: Elmir Murad

 

Other news