Qazaxıstandakı iğtişaşlarda ölkəyə 100 milyon dollar ziyan dəyib

14:03 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. Artıq bir neçə gündür ki, Qazaxıstanda iğtişaşlar müşahidə olunur.

ABC.AZ-ın məlumatına görə, ölkədəki iğtiçaşların vurduğu ziyan hesablanıb.

Beləliklə iğtişaşlar nəticəsində ölkəyə ən azı 44 milyard tenqe (təxminən 100 milyon dollar) zərər dəyib.

Məlumata görə, zərərin böyük hissəsi – 43,5 milyard tenqe Almatı şəhərinin payına düşür.

Şəhərdə əsasən ticarət, ictimai iaşə, nəqliyyat subyektləri, həmçinin xidmət sahələri və maliyyə sektoru zərər çəkib.

 

Other news