Apple yaxın vaxtlarda ucuz "İphone"ları satışa çıxara bilər

09:59 - 10.01.2022


 

10 yanvar, Fineko/abc.az. "Apple" şirkəti yaxın vaxtlarda büdcəli iPhone SE-nin yeni versiyasını təqdim edəcək.

ABC.AZ-ın məlumatına görə, şirkət yeni versiyanın təqdimatını yaz aylarında həyata keçirmək istəyir. Yeni modelin əsas xüsusiyyətləri də açıqlanıb.

Belə ki, model 5G-ni dəstəkləyəcək, o, yeni prosessorla, çox güman ki, iPhone 13-dən A15-lə təchiz olunacaq.

Bununla yanaşı, Apple şirkəti M1 Pro və M1 Max çipləri ilə 27 düymlük iMac və Mac mini nümayiş etdirə bilər.

 

Other news