SOCAR karbon emissiyasını azaldır?

11:32 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. SOCAR 2022-ci ildə karbon emissiyasını sıfıradək azaltmaq niyyətindədir.

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə “Reuters” agentliyinə açıqlamasında deyib.

“Biz 2010-cu ildən Dünya Bankının səmt qazının yandırılmasının azaldılması proqramı çərçivəsində bunun üzərində çalışırıq. SOCAR-ın yataqlarından karbon emissiyaları 2012-ci ildə 9-10 faiz təşkil edirdisə, son vaxtlar bu rəqəm 2 faizə qədər azalıb. 2022-ci ildə biz karbon neytrallığı səviyyəsinə çatacağıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, tullantılar təkcə karbohidrogen hasilatı prosesi ilə əlaqədardır.

 

Other news