“Bank Standard”ın əmlakı hərraca çıxarılacaq - Qiyməti açıqlanıb

15:17 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. Yanvarın 26-sı saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Bank Standard” Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan ABC.AZ-a bildirilib ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, M.Abbas Abbaszadə küçəsindəki 1 mərtəbəli, 4 otaqlı, 70,2 kvadratmetr yaşayış və 27,1 kvadratmetr köməkçi sahədən (ümumi sahəsi 0,0427 hektar) ibarətdir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 150 min manatdır.

Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Müəllif: Elmir Murad

Other news