Havanı təmizləyən avtomobil təqdim edildi - Foto

11:55 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. Ətrafdakı havanı təmizləyən “Sustaineer” furqonlu maşın təqdim edilib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, avtomobil “Mercedes” şirkəti tərəfindən istehsal edilib. Maşını idarə edərkən havanı təmizləməyə başlayacaq.

Avtomobil elektrik mühərriki ilə təchiz olunub ki, bu da onun atmosferə karbon qazı və digər yanma məhsullarını buraxmasının qarşısını alır.

İstehsalçının hesabatından göründüyü kimi, avtomobil radiator sahəsində və avtomobilin dayağı altında yerləşən incə filtrlərlə təchiz olunub. Həmçinin, avtomobilin damına günəş panelləri yerləşdirilib.

Müəllif: Elmir Murad


Other news