Birinci rübdə Bakı Fond Birjasının dövriyyəsi illik 2,78 dəfə artım göstərib

16:08 - 25.04.2018


25 aprel, Fineko/abc.az. 2018-ci ilin yanvar-mart aylarında Bakı Fond Birjasının dövriyyəsi 2017-ci ilin birinci rübü ilə müqayisədə  2,78 dəfə artıb.

"Bakı Fond Birjası" QSC-nin məlumatına görə, yanvar-mart  aylarında  onun dövriyyəsi   26,837 əqdlər üzrə  5 582,378 milyon manat (5 582 378 464,73 AZN) təşkil etmişdir,  2017-ci ilin yanvar-mart aylarında isə  17482 əqdlər üzrə 2 007,666 milyon manat (2 007 666 679,27 AZN) təşkil etmişdir.

Törəmə alətləri 2556, 956 milyon manat (2 556 955 820,79 AZN) və ya birja dövriyyəsinin 45,8%-ni təşkil edib. Bu, əvvəlki ilə nisbətən 2,68 dəfə çoxdur.

Dövlət qiymətli kağızları üzrə əməliyyatların həcmi 9,2 dəfə artaraq 2 608,271 milyon manat (2 608 271 537,19 manat) təşkil edib. Səhmlər üzrə əqdlərin həcmi 90,65% azalaraq 56,098 milyon manat (56,098,311,72 manat) təşkil edib. İstiqrazlar üzrə əməliyyatların həcmi 11,6% azalaraq 146,197 mln. manat (146,197,659,24 AZN) təşkil edib. REPO əməliyyatları üzrə əqdlərin həcmi 47,42 dəfə artaraq 214,855 milyon AZN (214 855 135,79 AZN) təşkil edib.

 

Other news