Qum-çınqıl yataqları bu şirkətlərə istismara verildi – Siyahı

15:40 - 19.01.2022


19 yanvar, Fineko/abc.az. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

ABC.AZ xəbər verir ki, 17 yanvar tarixində təşkil olunmuş növbəti hərracda Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” və “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 5, 10.5, 5 və 8 hektar sahəsi istifadəyə verilib.

Qeyd edək ki, “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” qum-çınqıl yataqlarının LOT-1 üzrə, eləcə də, “Xırxatala” qum-çınqıl yatağının LOT-4 üzrə qalibi "Körpü-Bina-Tikinti" MMC olub. “Dəmiraparançay”ın LOT-2 və “Xırxatala”nın LOT-1 üzrə qalibi "SAND AZ" MMC-dir. “Dəmiraparançay”ın LOT-3 üzrə qalibi isə fiziki şəxs Qəribov Rauf Mübariz oğlu olub.

 

Other news