Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşlara başlandı

10:42 - 21.01.2022


21 yanvar, Fineko/abc.az. Bu gündən etibarən Rusiyanın Rostov-Don şəhərindən Bakıya birbaşa aviareys üzrə uçuşlarına başlanıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən uçuşları “Azimut” aviaşirkəti həyata keçirəcək.

Aviadaşıyıcının yaydığı məlumata görə, uçuşlar Rostov-Don hava limanından həftədə bir dəfə (cümə günləri) həyata keçirilir.

Uçuşlar yerli vaxtla Rostov-Dondan saat 08:00-da, Bakıdan isə saat 12:10-da olacaq.

 

Other news