Bu BOKT işçi axtarır - Müdir nüavini olmaq istəyənlərin nəzərinə

16:44 - 21.01.2022


21 yanvar, Fineko/abc.az. “Finoko BOKT” ASC Gəncə şəhərində yerləşən Ekspress Gəncə filialı üçün filial müdirinin müavini vəzifəsinə işçi axtarır.

ABC.AZ xəbər verir ki, vəzifəyə olan tələblər aşağıdakılardır:

Ali təhsil (iqtisadi və ya biznes üzrə);

Bank və ya BOKT sektorunda müvafiq vəzifə üzrə ən azı 3 il filial direktorunun müavini və ya şöbə müdiri vəzifəsi üzrə idarəetmə tərcübəsi;

Müştəriləri cəlb etmə və müştəri portfelini idarəetmə bacarığı;

Liderlik ,rəhbərlik etmə və komanda ilə işləmək bacarığı;

İşçi resurslarını idarə etmək bacarığı;

Problemləri yerində həll etmə bacarığı;Analitik düşüncə qabiliyyəti;

Microsoft Office proqramında işləmək bacarığı;

İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı.

Məsuliyyət,dəqiqlik,düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

İş haqqında məlumat:

Filialın əsasnaməsindən və daxili qaydalardan irəli gələn bütün vəzifələrin icrasını təmin edir.

Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Filial müdirinin müavini” yazın.

 

Other news