Ləğv prosesində olan sığorta şirkətinə məxsus mənzilıərin satış qiyməti azaldı - Hərrac olacaq

17:06 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan 1 milyon 150 min manatdan 25% aşağı olmaqla, yəni 862 min 500 manata təkrar açıq hərraca çıxarılacaq.

ABC.AZ-ın məlumatına görə, hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 28 yanvar 2022-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 8 min 625manat məbləğində beh ödənilməlidir.

 

Other news