Prezident Fatma Səttarovaya orden təqdim etdi - Foto

14:32 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev yanvarın 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı F.Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

 


Other news