Cəmi əməliyyat gəlirləri bir ildə 8 milyon manatdan çox artan Bank - Hesabat

14:43 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. "Turanbank" ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, adıçəkilən Bank ötən ili 668 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 48 milyon 994 min manat təşkil edib.

Bu da 2020-ci il ilə müqayisədə 21,5% (və ya 8 milyon 666 min manat) çoxdur. 2020-ci ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri 40 milyon 328 min manat təşkil etmişdi.

Ötən il Bankın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 47 milyon 80 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 20% (və ya 7 milyon 853 min manat) çoxdur.

2020-ci ildə "Turanbank"ın cəmi əməliyyat xərcləri 39 milyon 227 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad

Other news