Azərbaycanda cəmi aktivləri 163 milyon 225 min manat artan Bank – Hesabat

15:19 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. "Turanbank"ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 29,6% və ya 163 milyon 225 min manat artaraq 714 milyon 961 min manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Bankın 2021-ci ilin maliyyə göstəricilərində qeyd olunub.

Bank 2020-ci ilin sonunda 551 milyon 736 min manat cəmi aktivlərə malik idi.

"Turanbank"ın  kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 24,2% və ya 85 milyon 206 min manat artaraq 436 milyon 445 min manat təşkil edib.

2020-ci ilin sonunda Bankın kredit portfeli 351 milyon 239 min manata çatmışdı.

 

Other news