Azərbaycandan Braziliyaya nə ixrac olunur?

11:47 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR karbamid” zavodu son 3 il ərzində zavodda istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artmaqla, təxminən 372 min ton təşkil edib.

ABC.AZ-ın məlumatına görə, ötən il müəssisənin gəlirləri 6 dəfə artaraq 223 milyon manatı ötüb.

Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır.

Zavodun məhsullarının 87%-i Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.

 

Other news