"Netflix"-in işində problemlər yaranıb

26.01.2022,15:35


26 yanvar, Fineko/abc.az. "Netflix" video platformasının işində nasazlıqlar yaranıb.

ABC.AZ-ın məlumatına görə, problemlər əsasən ABŞ ərazisində müşahidə olunub.

Qeyd olunur ki, istifadəçilərin 66 faizi saytın işindən şikayət edib.

Belə ki, 18 faiz istifadəçi serverə qoşula bilmədiyini, 16 faizi isə videolara baxarkən çətinliklə üzləşdiyini, digərləri də başqa nüansların ortaya çıxdığını bildirib.

Kanada da "Netflix"in işində cüzi nasazlıqlar qeydə alınıb.

Şirkət bu barədə hələki rəsmi açıqlama verməyib.

Müəllif: Elmir Murad