"Apple" qazancını açıqladı - 29 milyard dollar gəliri var

10:14 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. "Apple" şirkəti 28 oktyabr 2021-ci ildə başlayan və 25 dekabr 2021-ci ildə başa çatan 2022-ci maliyyə ilin ilk ayında qazancları ilə bütün zamanların rekordunu qırmağı bacarıb.

ABC.AZ-ın məlumatına görə, "Apple"in bu dövrdə xalis mənfəəti 20 faiz artaraq 28,7 milyard dollardan 34,6 milyard dollara yüksəlib.

Texnologiya nəhəngi 2022-ci maliyyə ilinin ilk rübündə 11% artımla 123,9 milyard dollar ümumi gəlir əldə edib.

Şirkət bu gəliri iPhone, iPad, Mac, Macbook geyilə bilən texnologiya məhsulları və aksesuarlarından təmin edib.

Müəllif: Elmir Murad

Other news