Ukraynanın 2 şəhərinə 29 avroya uça biləcəyik - May ayından uçuşlar başlayır

14:10 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" may ayında Ukraynanın daha bir şəhərinə uçuşların yerinə yetirilməsini bərpa edir.

Aviadaşıyıcı Xarkov şəhərinə xüsusi uçuşlar həyata keçirəcək.

Uçuşlar mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Xarkov istiqamətinə bərpa olunacaq və həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Həmçinin, mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys - şənbə günləri- əlavə olunur.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Other news