AMB 350 milyon manat cəlb etməyi planlaşdırır

16:02 - 27.04.2018


27 aprel, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsi haqqında elan edib.

AMB-dan verilən məlumata əsasən, hərrac 30 aprel 2018-ci il tarixində  “Bloomberg” ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsi ilə 8,01% – 10,99% dərəcə ilə 350 milyon manat cəlb etmək planlaşdırılır. Vəsaitər 14 günə cəlb olunacaq”, - məlumatda belə deyilir.

AMB depozit hərraclarını 13 iyun 2016-cı il tarixindən etibarən keçirir.

 

Other news