Hindistanda kriptovalyutalardan vergi tutulacaq

16:40 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Hindistanda kriptovalyutalardan vergi tutulacaq.

ABC.AZ-ın məlumatına görə, Hindistan hakimiyyəti virtual rəqəmsal aktivlərdən əldə edilən istənilən gəlirə 30 faiz vergi qoymağı planlaşdırır. Bunu Hindistanın Maliyyə naziri Nirmala Sitharamana bildirib.

"Virtual rəqəmsal aktiv əməliyyatlarında fenomenal artım müşahidə edirik. Bu əməliyyatların miqyası və tezliyi xüsusi vergi rejimini qabaqcadan nəzərə almağını zəruri edib", - deyə nazir bildirib.

 

Other news