Bu gün Bakıda mərkəzi yollardan biri təmirə bağlanır

13:00 - 30.04.2018


30 aprel, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yollarda hərəkətin tənzimlənməsi üzrə tədbirlər görür.

Agentliyin məlumatına görə, bu gün saat  22:00-dan Yusif Səfərov küçəsində yol işarələnməsi üzrə işlər başlanacaq.

“Bununla əlaqədar yolun bu hissəsində hərəkət tamamilə və ya qismən məhdudlaşdırılacaq. Sürücülər alternativ yollardan:  Xocalı Prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə edə bilərlər”, - məlumatda belə deyilir.

 

Other news