Apple bu tarixdən təmassız ödəniş qəbul etməyə keçir

11:38 - 9.02.2022


9 fevral, Fineko/abc.az. Amerikanın “Apple” şirkəti bu il sahibkarlar üçün “iPhone” vasitəsilə kontaktsız (təmassız) ödənişi qəbul etməyə imkan verən funksiyanın mərhələli şəkildə istifadəyə verilməsinə başlamağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin saytında qeyd edilib.

Vurğulanıb ki, bir sıra hüquqi şəxslər yaz aylarında funksiyadan istifadə edə biləcəklər.

“Siz tezliklə cibinizdə olan cihazdan – iPhone-unuzdan istifadə edərək təmassız ödənişləri qəbul edə biləcəksiniz”, - məlumatda bildirilir.

"Tap to Pay" adlanan yeni funksiya ödəniş terminalından istifadə etmədən alınan mal və xidmətlərə görə ödənişləri iPhone ilə qəbul etməyə imkan verəcək.

Other news