“Azərbaycan Dəmir Yolları” “Şimal-Cənub” beynəlxalq layihə çərçivəsində yol təmir edir

15:52 - 1.05.2018


1 may, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

ADY-in məlumatında deyilir ki, martın 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır.

“Dəmiryolservis” MMC tərəfindən artıq Şirvan çeşidləmə-Şirvan mənzilinin tək yolunda və Şirvan baş stansiyasının tək yolunda 4,1 km uzunluğunda yollar əsaslı təmir edilib. Hazırda Qaragünə-Şirvan çeşidləmə mənzilində 6,7 kilometrlik  yolun əsaslı təmiri həyata keçirilir”, - məlumatda belə deyilir.

Bu  mənzildə son əsaslı təmir işləri 1968-ci ildə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq,  bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlərin böyük əhəmiyyəti var.

 

Other news