Yaponlar hidrogenlə işləyən ilk qatarın sınaqlarına başladı - Foto

10:35 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Yaponiyanın ən böyük dəmir yolu şirkəti “East Japan Railway Co” mart ayında ölkədə hidrogenlə işləyən ilk qatarın sınaqlarına başlayacaq.

ABC.AZ xəbər verir ki, Yaponiyanın hidrogenlə işləyən ilk qatarının 2030-cu ildə kommersiya nəqliyyatı üçün istifadəyə verilməsi planlaşdırılır.

Qatar 4 milyard yen (59,2 milyon manat) dəyərindədir və tək bir hidrogen çəni ilə saatda 100 kilometr sürətlə 140 kilometrə qədər yol qət edə bilir.

Dəmir yolu şirkəti dizel parkını hidrogen qatarları ilə əvəz etməyi, həmçinin onları ixrac etməyi planlaşdırır.

 

Other news