Onlara “Müharibə veteranı” adı verildi

16:34 - 1.03.2022


1 mart, Fineko/abc.az.   Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli sərəncamının icrası işləri çərçivəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Müharibə veteranı” adının verilməsinə başlanılıb.

ABC.AZ-ın məlumatına görə, Report-un əldə etdiyi məlumata görə, nazirliyin hərbi qulluqçularına “Müharibə veteranı” adı verilərək Prezident təqaüdü təyin olunub. 

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.

Other news