Rusiyada texnoloji məhsullar kəskin bahalaşıb - Siyahı

15:14 - 17.03.2022


17 mart, Fineko/abc.az. Rusiyanın internet mağazalarında texnoloji məhsulların qiyməti kəskin bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, bu son üç həftə ərzində daha da intensivləşib.

Belə ki, fevralın 23-dən martın 15-dək “iPhone”ların qiymətləri 24-34%, “MacBook”lar isə 46-142% qalxıb.

Analitiklərin fikrincə, noutbuklar arasında “MacBook Air MGN63” modelinin qiyməti az dəyişib – noutbukun qiyməti 46% artıb və martın 15%-i 126 100 rubl təşkil edib.

Smartfonlar arasında ən az “iPhone 11 128 GB” və “iPhone 11 64 GB”, ən çox isə “iPhone 13 128 GB” (13%) bahalaşıb. Bununla yanaşı planşetlərin qiyməti cəmi 13-34% artıb.

Ən böyük artım “iPad Pro 12.9 128 GB”, ən kiçik artım isə “iPad Pro 11 128 GB” modellərində olub.

Other news