Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 131,2 milyon dollar artıb

16:45 - 4.05.2018


4 may, Fineko/abc.az. 2018-ci ilin aprel ayı ərzində valyuta ehtiyatları, mart ayı ilə müqayisədə 42,2 milyon dollar azaldı.

AMB-dan verilən məlumata əsasən, 1 may 2018-ci il tarixinə valyuta ehtiyatları 5465,8 milyon dollar təşkil edib. Aprelin 1-də bu göstərici 5508,0 milyon dollar, martın 1-də 5,387,3 milyon dollar, fevralın 1-də isə 5,381,2 milyon dollar təşkil edib.

2018-ci il yanvar ayının 1-nə olan valyuta ehtiyatları 5334,6 milyon dollar təşkil edib. Yanvar-aprel ayları ərzində AMB-in valyuta ehtiyatları 131,2 milyon dollar və ya 2,45% artıb.

2017-ci il yanvarın 1-də valyuta ehtiyatları 3974,4 milyon dollar təşkil edib, 2017-ci ildə AMB-nin valyuta ehtiyatları 1360,2 milyon dollar və ya 34,22% artıb.

 

Other news