Rusiya-Ukrayna böhranı “Apple”-a necə təsir edib?

10:35 - 28.03.2022


28 mart, Fineko/abc.az. Amerikanın “Apple” korporasiyası, Ukrayna ətrafındakı vəziyyət və hərbi əməliyyata görə Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə əlaqədar olaraq “iPhone SE” smartfonları və “AirPods” qulaqlıqlarının istehsalına dair proqnozunu aşağı salıb.

ABC.AZ xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, "iPhone SE" istehsalının ilkin planla müqayisədə təxminən 20% (2-3 milyon) azaldılması planlaşdırılır. Bu il "AirPods" istehsalının isə 10 milyon ədəd azalacağı gözlənilir.

Qeyd olunur ki, sanksiyalar tədarük zəncirlərini pozub, həmçinin elektronikaya olan tələbata mənfi təsir edib.

Other news