Bakıda 22 paytaxt marşrutunun trayektoriyası dəyişdirildi

12:00 - 7.05.2018


7 may, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda eyni zamanda 22 marşrutun hərəkət sxeminin dəyişdiliməsi barədə xəbərdarlıq edir.

Agentliyin məlumatında deyilir ki, marşrutların hərəkət trayektoriyası, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə bağlıdır.

“Bununla bağlı,  24, 62, 93, 101, 107, 131, 136, 139, 148, 150, 160, 163, 166, 171, 172, 173, 187, 189, 198, 204, 216, 217 saylı marşrutların hərəkət sxemi dəyişdirilmişdir. “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən çıxan avtobuslar artıq Ziya Bünyadov prospekti və “Böyük Şor” qovşağına daxil olmadan yoluna davam edəcəklər”, - məlumatda belə deyilir.

 

Other news