Rusiya və Azərbaycan mütəxəssisləri informasiya təhlükəsizliyinin əsas məsələlərini müzakirə edəcəklər

07.05.2018,12:02


7 may, Fineko/abc.az. Bakıda informasiya təhlükəsizliyi məsələlərinə həsr olunmuş ikinci  “IB Kodu” kon keçiriləcək

Konfransın təşkilatçılarının məlumatına görə, Rusiya və Azərbaycan mütəxəssisləri 22 may tarixində informasiya təhlükəsizliyinin əsas məsələlərini müzakirə edəcəklər.

“Azərbaycanda bir il sonra “İnformasiya Təhlükəsizliyi Kodu” yenidən Bakıya qayıdır və bu il konfrans 6 ölkəni (27 şəhər) əhatə edir. Azərbaycan “IB Kodu” Moskva, Sankt-Peterburq, Bakı və Kiyevdən olan ekspertlərin iştirakı ilə trendlər haqqında sessiya ilə açılacaq. Bundan əlavə, "Texnologiya" geniş bölməsində tanınmış təhlükəsizlik vasitələrinin  istehsalçıları: ESET, ITT Task, Fortinet və digərlərinin məruzələri yer tapacaq”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, "İnformasiya Təhlükəsizliyinin İdarəetməsi"  bölməsində  "Gazinformservice" (Sankt-Peterburq) şirkətinin mütəxəssisləri öz təcrübələrini paylaşacaqlar. Yekunda, "Qaynar onluq" bölməsində ekspertlər və dinləyicilər birlikdə Azərbaycanın informasiya təhlükəsizliyinin əsas problemlərini formalaşdıracaq və onlara dair həllər təklif edəcəklər.

Rəhbərlər və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər, habelə jurnalistlər üçün giriş  pulsuzdur, əvvəlcədən qeydiyyat  https://baku.codeib.ru/  saytında aparılır.