İki nömrəli telefonda sosial şəbəkələrdən necə istifadə etmək olar?

15:38 - 7.04.2022


7 aprel, Fineko/abc.az. "Samsung" cihazlarında "dual messenger" tətbiqlərini iki fərqli hesabda istifadə etmək üçün faydalı bir funksiya təqdim edib.

ABC.AZ-ın məlumatına görə, söhbət Android ilə (əməliyyat sistemi) mümkün olan bir cihazda ətbiqi klonlayaraq istifadə etməyimizdən gedir.

Samsung cihazında iki “WhatsApp” “Facebook” “Telegram” “Messenger” “Snapchat” istifadə etmək üçün ilk olaraq “parametrlər” bölməsinə, açılan menyudan isə “qabaqcıl funksiyalar” seçiminə daxil oluruq.

Ən aşağı hissədə “dual messenger” bölməsi yerləşib. Həmin bölməyə daxil olub klonlamaq istədiyimiz tətbiqin yanındakı işarəni sağa sürüşdürürük. Bu prosesi etdikdən sonra cihazın ekranında klonlanmış tətbiq yaranır.

Daha sonra həmin tətbiqə daxil olub istədiyimiz ikinci hesabı həmin tətbiqdə işə salırıq. Bu üsuldan istifadə etməklə bir cihazda ikinci fərqli “WhatsApp”, “Facebook”, “Telegram”, “Messenger”, “Snapchat” hesabı istifadə edə bilərik.

Other news