“Apple” şirkəti yeni əməliyyat sistemini bu tarixdə təqdim edəcək

16:43 - 7.04.2022


7 aprel, Fineko/abc.az. “Apple” yeni əməliyyat sistemini iyunun 6-da nümayiş etdirəcək.

ABC.AZ xarici saytlara istinadla xəbər verir ki, tədbir iyunun 6-dan 10-na kimi davam edəcək.

Konfrans 2020-2021-ci illərdə olduğu kimi onlayn formatda keçiriləcək.

Bildirilir ki, tədbirin ilk günü “iPhone Ios 16” üçün əməliyyat sisteminin yeni versiyasının təqdimatı olacaq.

Şirkət, həmçinin digər cihazları - planşetlər, saatlar və kompüterlər üçün əməliyyat sistemini elan edəcək. Bütün əməliyyat sistemləri 2022-ci ilin sonuna qədər buraxılacaq.

 

Other news