Rusiyada ilk defolt - "Rusiya Dəmir Yolları” QSC ödəməsini gecikdirdi

16:40 - 11.04.2022


11 aprel, Fineko/abc.az. Rusiyanın dövlət dəmir yolu şirkəti keçən ay ödəməli olduğu kupon ödənişini qaçırdıqdan sonra beynəlxalq orqan tərəfindən defolt olub. Beləliklə, Rusiyada ilk dəfə olaraq bir qurum müharibədən sonrakı sanksiyalara görə defolta düşdü.

ABC.AZ-ın məlumatına görə, "Rusiya Dəmir Yolları” QSC-nin ötən ay ödəməsini gecikdirdiyi üçün defolt olduğu elan edilib.

"Rusiya ağır sanksiyalara məruz qaldıqdan sonra maliyyə əməliyyatlarında yaşanan böyük çətinliklər səbəbindən bir şirkət üçün ilk dəfə belə bir qərar verilib.

Belə ki, 10 günlük əlavə müddəti qaçıran şirkət martın 14-də etməli olduğu ödənişi edə bilməyib" deyə Rusiya mətbuatında qeyd edilib.

Müəllif: Elmir Murad

Other news