“Azəri Light” markalı neftin qiyməti bir barelə 78 dollara yaxınlaşır

11:53 - 10.05.2018


10 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 2,99 dollar (3,99%) artıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,84 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin bir barelinin qiyməti  0,56 dollar bahalaşaraq 77,77 dollar təşkil etmişdir. Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin qiyməti 0,57 dollar qalxaraq 71,71 dollar/barelə təşkil etmişdir.

 

Other news