11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində “Yol infrastrukturu və ictimai nəqliyyat” Road & Traffic 2018 8-ci Beynəlxalq Sərgi keçiriləcək

15:56 - 10.05.2018


“Road & Traffic” sərgisi, yol-tunel tikintisi sahəsində  ən son nailiyyətlərin təqdim edilməsi,
yol tunelinin inşası, yol hərəkətinin idarə edilməsində  müasir informasiya texnologiyalarının tətbiqi,  ictimai nəqliyyat istehsalçıları və operatorları ilə görüş üçün şəraitin yaradılması,  eləcə də yol təhlükəsizliyi sahəsində məsələlərin həll edilməsinə yönlənmişdir. 
“Road & Traffic” – təkcə  yol sahəsi deyil, həmçinin də yanaşı, nəqliyyat və tikinti sahələrinin peşəkarları arasında yüksək qiymətləndirilən, regionun ən iri ixtisaslaşdırılmış sərgilərindəndir, çünki yol infrastrukturunun inkişafının bütün aspektlərini əhatə edir.
Sərginin təşkilatçıları “Iteca Caspian” şirkəti və onun Böyük Britaniya tərəfdaşı “ITE Group” şirkətidir.

Other news